İki yol qəzası – ölənlər var

İki yol qəzası – ölənlər var
  31 May 2014    Oxunub:1497
Qaradağ rayonu, Bakı-Qazax magistral avtomobil yolunun 17-ci kilometrliyində “Audi” markalı minik avtomobili yolayrıcı səddə çırpılıb.
AzVision.az xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi məluamt yayıb. Məlumata görə, qəza nəticəsində deformasiyaya uğramış avtomobildə sürücü aldığı bədən xəsarətlərindən hadisə yerində keçinib. Xilasedicilər xüsusi alət və avadanlıqlardan istifadə edərək avtomobildə sıxılmış vəziyyətdə qalmış sürücü 1985-ci il təvəllüdlü Nəcəfov Emin Şakir oğlunun cəsədini çıxararaq aidiyyatı üzrə təhvil verib.

Dgirə bir qəza isə Ucar rayonu, Qaradağlı kəndində Bakı-Qazax magistral avtomobil yolunun 254-cü kilometrliyində baş verib. Belə ki, vətəndaşa məxsus "Oka" markalı minik avtomobili idarəetməni itirərək yolun kənarına aşıb. Nəticədə avtomobilin sürücüsü, aldığı ağır bədən xəsarətlərindən hadisə yerində vəfat edib və avtomobildə olan 2 nəfər şəxsiyyətləri məlum olmayan sərnişin ağır bədən xəsarətləri alıb. Yanğınsöndürən-xilasedicilər xüsusi alət və avadanlıqlardan istifadə edərək avtomobildə sıxılmış vəziyyətdə qalmış sürücü 1983-cü il təvəllüdlü Hacıyev Zaur Namiq oğlunun cəsədini çıxararaq aidiyyatı üzrə təhvil verib.

AzVision.az


Teqlər:





Xəbər lenti