Bəzi məktəblərdə “Son zəng” çalınır

AzVision.az xəbər verir ki, tədris həftəsi 6 günlük olanlar `Son Zəng`i bu gün qeyd edir. Tədris həftəsi 5 günlük olanların isə `Son Zəng`i dünən çalınıb.
Qeyd edək ki, 2013-2014-cü tədris ilində respublikanın ümumtəhsil məktəblərinin IX siniflərini 118206, XI siniflərini 86797 nəfər, qiyabi və axşam məktəblərinin XII siniflərini isə 754 nəfər şagird bitirir.
Paytaxtın ümumtəhsil müəssisələrində bu il IX sinif üzrə 27729, XI sinif üzrə isə 20411 şagird məzun var.
2014-2015-ci tədris ilində I sinfə qəbul olunacaq şagirdlərin sayı üzrə proqnoz 138000 nəfərdir.
Xatırladaq ki, ötən il ölkənin ümumtəhsil müəssisələrinin XI siniflərini 91484 şagird bitirib.
AzVision.az
Teqlər: