Zakir Həsənov hərbçiləri təbrik etdi
Müdafiə Nazirliyinin mətbuat xidmətindən AzVision.az-a verilən məlumata görə, nazir Respublika gənclərinin VII forumunun keçirilməsi münasibətilə gəncləri təbrik edib, vətənimizin müdafiəçiləri və ölkəmizin gələcəyinin təminatçıları kimi onlara ən xoş arzularımı çatdırıb.
Gənclər forumunun ilk dəfə mərhum prezident Heydər Əliyev tərəfindən təşkil olunmasını və müvəffəqiyyətlə keçirilməsini xatırladan Z.Həsənov bu forumun gənc nəslin həyatında əlamətdar hadisəyə çevrilən, müstəqil respublikamızın möhkəmlənməsində, onun inkişafında və gündən-günə çiçəklənməsində gənclərin mühüm qüvvə olduğunu sübuta yetirdiyini qeyd edib: “Bu gün ordu quruculuğu uğurla davam etdirilən respublikamızın müdafiə qüdrəti daha da artıb. Ordu sıralarında xidmət edən bütün gənclər respublikamızın ərazi bütövlüyünün bərpası naminə Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin hər bir əmrini yerinə yetirməyə hazırdır”.
AzVision.az







Vaxtında, Aydın, Lazımlı!


