Azərbaycan kommunistlərinin liderini Rusiyaya çağırıblar

Azərbaycan kommunistlərinin liderini Rusiyaya çağırıblar
  01 İyun 2014    Oxunub:1430
“İyun ayının 26-da Rusiya Kommunist Partiyasının sədri Gennadi Zyuqanovun yubileyi keçiriləcək. Onun 70 illik yubileyində iştirak etmək üçün mənə də rəsmi şəkildə dəvət gəlib. Mən də həmin vaxt Rusiyaya səfər edəcəyəm”. Bunu Azərbaycan Kommunist Partiyasının (AKP) sədri Rauf Qurbanov deyib.
O, bildirib ki, yubiley dövlət səviyyəsində qeyd olunacaq və tədbirdə Rusiya prezidenti Vladmir Putin də daxil olmaqla dövlət rəsmiləri iştirak edəcək. Onun sözlərinə görə yubileylə yanaşı, Kommunist Partiyaları İttifaqının İcraiyyə Komitəsinin iclası da keçiriləcək. R.Qurbanov İcraiyyə Komitəsinin iclasında müzakirə olunacaq məsələlərdən də danışıb.

“Bu quruma daxil olan respublika komitələri dövr ərzində görülən işlər barədə məlumat verir. Bu il Azərbaycanda bələdiyyə seçkiləri keçiriləcək. 2015-ci ildə isə parlament seçkiləri olacaq. Mən bu məsələlərlə bağlı həmin iclasda geniş, əhatəli şəkildə çıxış edəcəyəm. Qarşıdan gələn seçkilərə Azərbaycan Kommunist Partiyasının hazırlığının vəziyyəti haqqında məlumat verəcəyəm”.
Azərbaycan kommunistlərinin lideri onu da bildirib ki, Kommunist Partiyaları İttifaqını ən çox narahat edən məsələlərdən biri də Ukraynada cərəyan edən gərgin proseslərdir.

“Gündəlikdə duran əsas məsələlərdən biri də Ukraynada baş verən hadisələrə Kommunist Partiyaları İttifaqının verdiyi qiymətdir. Bununla əlaqədar geniş müzakirələr aparılacaq”.

Qeyd edək ki, AKP Kommunist Partiyaları İttifaqında təmsil olunur (Modern.az ).


Teqlər:





Xəbər lenti