Rus icması konfransı keçirdi

Konfransda Rusiya və Sovet İttifaqı Ali məktəb Şuraları Assosiasiyasının sədri Ü. Əliyev “Novosti Gəncə” qəzetinin redaktoru, Qərb regionu üzrə Rus İcmasının sədr müavini İ.Kalaşnikova, Gədəbəy rus icmasının sədri N. Bıçkov, YAP Gəncə şəhər Təşkilatı İdeoloji şöbənin müdiri H. Budaqov, ADAU-nun kafedra müdiri
Z. Hümbətov çıxış edərək Rusiya və Azərbaycan xalqları arasında tarixən yaranmış sıx dostluq əlaqələrindən, Ulu öndər Heydər Əliyevin misilsiz xidmətləri sayəsində hər iki ölkə arasında sıx əməkdaşlıq münasibətlərinin yaranmasından və hazırda ölkə başçısı cənab İlham Əliyev tərəfindən bu ənənələrin daha da inkişaf etdirilməsindən, Azərbaycanın dünyada tolerant ölkə olaraq tanınmasından, ölkəmizdə və həmçinin Qərb regionunda yaşayan rusdilli xalqların nümayəndələrinə göstərilən diqqət və qayğıdan söhbət açıblar. Konfransda iştirakçılar tərəfindən irəli sürülən bir sıra problemlərə də aydınlıq gətirilib.
Qərb regionunun Rus İcmasının fəaliyyəti iştirakçılar tərəfindən qənaətbəxş hesab olunub.
Konfransda müzakirə olunan məsələlər barədə qərar qəbul edilib və Azərbaycan Rus İcmasının Bakıda keçiriləcək qurultayına nümayəndələr seçilib.
Sonda “Novosti Gəncə” qəzetinin təşkilatçılığı ilə Gəncə şəhər ümumtəhsil məktəbləri arasında keçirilən və 9 May Qələbə gününə həsr olunmuş inşa yazı müsabiqəsinin qalibləri Fəxri fərman və qiymətli hədiyyələrlə mükafatlandırılıblar.
Süsən Tağıyeva
Teqlər: