Çin prezidenti Blinkenin səfərindən danışdı: "Razılığa gəldik"
“Çin öz mövqeyini bildirdi və hər iki tərəf mənim və ABŞ prezidenti Co Baydenin Balidə (2022-ci ildə G20 sammiti çərçivəsində – red.) əldə etdiyi konsensusu birgə həyata keçirməyə razılaşdı.
Tərəflər bəzi konkret məsələlərdə razılıq əldə ediblər, bu, çox yaxşıdır”, - deyə Si Cinpin bildirib.
Çin lideri Blinkeni bazar ertəsi Pekində Xalq Məclisi Evində qəbul edib.
O qeyd edib ki, Çinin xarici işlər naziri Tsin Qan Blinkenlə danışıqları “açıq və dərin” adlandırıb.
Blinkenin hazırkı səfəri ABŞ dövlət katibinin son beş ildə Çinə ilk gedişidir.
Şahanə Rəhimli
AzVision.az
Teqlər: Çin