"Çinli nazirin Vaşinqtona cavab səfəri gözlənilir" - Blinken

   "Çinli nazirin Vaşinqtona cavab səfəri gözlənilir" -    Blinken
  20 İyun 2023    Oxunub:1049
ABŞ dövlət katibi Entoni Blinken ABC telekanalına müsahibəsində Çinin xarici işlər naziri Tsin Qanı Vaşinqtona dəvət etdiyini bildirib.
“Düşünürəm ki, qarşıdakı həftələrdə və aylarda biz daha yüksək səviyyəli əlaqələr görəcəyik: administrasiyadakı həmkarlarımdan bəziləri Çinə, Çin rəsmiləri ABŞ-a gələcək.

Mən həmkarımı-Çin Xarici İşlər Nazirliyinin rəhbərini Vaşinqtona səfərə dəvət etdim, o, razılaşdı. Biz bunu yaxın vaxtlarda müzakirə edəcəyik”, - Blinken bildirib.

Blinkenin sözlərinə görə, yaxın aylarda o, Çin prezidenti Si Cinpinlə ABŞ prezidenti Co Bayden arasında təmaslar gözləyir.

Bundan əvvəl Blinken Çinə səfər edib və orada ölkə rəhbərliyi ilə görüşüb.

Şahanə Rəhimli
AzVision.az


Teqlər: Blinken  





Xəbər lenti