Cəbhədə erməni təxribatı - atəşkəs 46 dəfə pozuldu

Cəbhədə erməni təxribatı - atəşkəs 46 dəfə pozuldu
  01 İyun 2014    Oxunub:1002
Düşmən cavab atəşi ilə susdurulub

Müdafiə Nazirliyindən AzVision.az-a verilən məlumata görə, cəbhənin müxtəlif istiqamətlərində sutka ərzində atəşkəs rejimi ümumilikdə 46 dəfə pozulub.
Erməni silahlı bölmələri dünən və bu gecə Füzuli rayonunun Qorqan, Horadiz, Qaraxanbəyli, Aşağı Seyidəhmədli, Ağdam rayonunun Yusifcanlı, Mərzili, Xocavənd rayonunun Kuropatkino, Cəbrayıl rayonunun Mehdili kəndləri yaxınlığında və adsız yüksəkliklərdə yerləşən mövqelərdən Silahlı Qüvvələrimizin mövqelərini atəşə tutub.

Düşmən cavab atəşi ilə susdurulub.



Teqlər:





Xəbər lenti