Aİ-nin Ermənistandakı missiyası heyətini genişləndirir
Qeyd olunur ki, nümayəndəlik rəisi, aparat rəhbəri, əməliyyat, mühafizə və texniki xidmət şöbəsində, eləcə də ezamiyyətə dəstək şöbəsində vakant yerlər var. Namizədlər mülki hüquqlardan yararlanmalı və onların yerli qanunvericiliyə uyğun olaraq iş icazəsi olmalı, ingilis dilini işçi səviyyəsində bilməli, erməni dili biliyi səviyyəsi də olmalıdır. Təhsil səviyyəsi isə açıqlanan vakansiyalarda göstərilən qeydlərə uyğun olmalıdır.
Qeyd edək ki, bir müddət öncə Aİ-nin missiyası Qafan, İcevan və Yeqeqnadzorda yeni əməliyyat mərkəzləri açacağı barədə məlumat yaymışdı.
Xatırladaq ki, fevralın 20-də Ermənistana iki illik mandatla 100 nəfərdən ibarət olan "Avropa missiyası" yerləşdirilib. Belə bir missiya ideyası isə Ermənistanın Azərbaycanla sərhəd təxribatlarından sonra yaranıb.
Tural Tağıyev
AzVision.az
Teqlər: Aİ Ermənistan