Britaniya universitetlərinin İranla əməkdaşlıq məsələsi araşdırılır

Britaniya universitetlərinin İranla əməkdaşlıq məsələsi araşdırılır
  22 İyun 2023    Oxunub:983
Bir müddət əvvəl Böyük Britaniyanın bəzi universitetlərinin PUA-lar istehsalı və digər həssas texnologiyalar sahəsində əməkdaşlığı ilə bağlı xəbərləri vermişdik. Hazırda Britaniya hökuməti bu barədə səsləndirilən iddiaları araşdırır.
AzVision.az xəbər verir ki, Böyük Britaniyanın baş naziri Rişi Sunak rəsmi Londonun belə məsələlərə ciddi yanaşdığını vurğulayıb.

- Biz ixrac qanunlarının pozulması ilə bağlı bütün iddiaları və xəbərləri çox ciddi qəbul edirik. Xəzinədarlıq hazırda mətbuatda bu yaxınlarda dərc olunmuş hesabatı araşdırır. Biz milli təhlükəsizliyimizə təhdid yaradan əməkdaşlığa dözməyəcəyik və texnologiya sahəsində universitet əməkdaşlığına nəzarət gücləndiriləcək”, - Rişi Sunak deyib.

Britaniya universitetlərinin İranın dron proqramı ilə əməkdaşlığı barədə ilk dəfə bir neçə həftə əvvəl İngiltərədə yaşayan yəhudilərin bir hissəsinə aid olunan “The Jewish Chronicle” həftəlik qəzeti xəbər dərc etmişdi. Rusiyanın Ukraynaya qarşı hücumlarda İran PUA-larından geniş istifadə etməsi bu məsələni gündəmə gətirib. Bununla bağlı Rişi Sunakı tənqid edən bir qrup parlamentari araşdırma aparılması tələbini qoyub.

“The Jewish Chronicle”qəzeti öz hesabatında Böyük Britaniyanın 11 universitetinin, o cümlədən Kembric, Qlazqo və Krenfild universitetlərinin, habelə London universiteti kollecinin İran silahlı qüvvələri tərəfindən aparılan tədqiqatlarda potensial iştirakı ehtimalını irəli sürüb.

2017-ci ildən bəri elmi jurnallarda dərc olunan araşdırmalara istinadən qəzet, xərcləri İran tərəfindən ödənilən bu işlərdən birində britaniyalı tədqiqatçılar dronların sürətini, hündürlüyünü və uçuş məsafəsini təkmilləşdirmək üzərində işlədiklərini iddia edib.
AzVision.az




Teqlər: Britaniya   İran  





Xəbər lenti