Həcc ziyarətinə gələn xarici zəvvarların sayı 1,5 milyona çatıb

   Həcc ziyarətinə gələn xarici zəvvarların sayı 1,5 milyona çatıb
  22 İyun 2023    Oxunub:1091
Bu il Həcc ziyarəti üçün Səudiyyə Ərəbistanına bir milyon 499 min 472 nəfər gəlib.
Səudiyyə Ərəbistanı Pasportlar Baş İdarəsinin "Twitter" hesabından edilən açıqlamada qeyd edilib ki, müsəlmanlar Həcc ziyarətini yerinə yetirmək üçün dünyanın hər yerindən quru, dəniz və hava yolu ilə müqəddəs torpaqlara gəlməyə davam edir.

Qeyd edilib ki, gələnlərdən bir milyon 435 min 14-ü ölkəyə hava yolundan istifadə edib. Quru yolla sərhəd qapılarından gələn zəvvar namizədlərinin sayı 59 min 744 olarkən, 4 min 714 nəfər dəniz yolu ilə gəlib.

AzVision.az


Teqlər: Həcc  





Xəbər lenti