İstanbulda dəhşətli terrorun qarşısı alınıb

İstanbulda  dəhşətli terrorun  qarşısı alınıb
  23 İyun 2023    Oxunub:1665
İstanbulda böyük terror aktı törətməyi planlaşdıran əcnəbi Türkiyədə saxlanılıb. Bu barədə “Milliyet” qəzeti məlumat yayıb.
Nəşrin məlumatına görə, terrorçu Bahçelievlər rayonunda keçirilən xüsusi əməliyyat zamanı ələ keçirilib.

Cinayətkarın üzərində dövlət qeydiyyatına alınmamış iki tapança, onlar üçün təchiz olunmuş daraqlar, həmçinin partlayıcı maddələr aşkar edilib. Terrorçunun milliyyəti açıqlanmır.



AzVision.az


Teqlər: Əcnəbi  





Xəbər lenti