BƏƏ və İran hava nəqliyyatı sahəsində saziş imzalayıblar

 BƏƏ və İran hava nəqliyyatı sahəsində saziş imzalayıblar
  23 İyun 2023    Oxunub:1348
Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) ilə İran arasında hava nəqliyyatı xidmətləri haqqında mqavul imzalanıb. BBƏ-nin “WAM” rəsmi xəbər agentliyi belə məlumat yayıb.
AzVision.az bildirir ki, Əmirlik Aviasiya təşkilatının baş direktoru Məhəmməd Əl Suveydi və İran Aviasiya təşkilatının sədri Məhəmməd Məhəmmədibəxşin Dubayda imzaladıqları bu müqavilənin məqsədinin iki ölkə arasında hava nəqliyyatını təşkil etmək, biznes və turizm imkanlarını artırmaq olduğu vurğulanır.

Sazişin imzalanması ilə eyni vaxtda İranın Xarici İşlər naziri Hüseyn Əmir Abdullahiyan Əbu-Dabidə BƏƏ-nin prezidenti Məhəmməd bin Zayed Əl Nəhyanla və Xarici İşlər naziri ilə görüşüb. Həmin görüşlərdə region xalqlarının xeyrinə müsbət irəliləyişlərin yaradılmasının, regionun sabitliyi və rifahının gücləndirilməsinin vacibliyi müzakirə olunubb.

İranın Xarici İşlər naziri bundan əvvəl Qətər, Oman və Küveytə səfər edib. Beynəlxalq media bu görüşü Fars körfəzinin ərəb ölkələri ilə İran arasında münasibətlərin yaxşılaşmasının son əlaməti kimi qiymətləndirib.

İranın nüvə proqramına və bütün regionda silahlı qruplara dəstək verdiyinə görə uzun müddətdir ki, BƏƏ, Səudiyyə Ərəbistanı və Fars körfəzi regionunun digər ölkələrinin Tehranla münasibətləri soyuqlaşıb. Onlar müdafiə baxımından İrandan gələn potensial təhlükədən müdafiə baxımından ABŞ-a daha yaxındırlar. Amma son aylarda bu ölkələr İrana qarşı fərqli yol tutaraq Tehranla münasibətlərinin yaxşılaşdırılması istiqamətində ciddi addımlar atırlar.
AzVision.az






Teqlər: BƏƏ   İran  





Xəbər lenti