"Putindən gələn zənglərə cavab verəcəyəm"
O əlavə edib ki, Moskva ilə dialoqun bərpası yalnız Ukraynada hərbi əməliyyatlar başa çatdıqdan sonra mümkün olacaq. Eyni zamanda prezident Kiyevin şərtləri ilə danışıqların vaxtının çatacağına ümid etdiyini və Fransanın vasitəçi kimi çıxış etməyə hazır olduğunu bildirib.
"Əgər o, mənə nəsə təklif etmək üçün zəng etsə, cavab verəcəm, çünki Fransa həmişə vasitəçi güc olub" .
Daha əvvəl Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib ki, Moskva Almaniya kansleri Olaf Şolts və Makronun Rusiya ilə əlaqə kanallarının saxlanmasının zəruriliyi ilə bağlı bəyanatlarını bölüşür və Rusiya prezidenti Ukraynada münaqişənin həlli üçün istənilən təmaslara hazırdır".
Şahanə Rəhimli
AzVision.az
Teqlər: