Aİ-dən Rusiya ilə bağlı növbəti qadağa

   Aİ-dən Rusiya ilə bağlı növbəti    qadağa
  23 İyun 2023    Oxunub:845
Aİ Rusiya qoşquları və yarımqoşquları olan yük maşınları ilə yüklərin daşınmasına tam qadağa tətbiq edib. Bu barədə cümə günü Avropa Komissiyasının öz saytında dərc olunmuş məlumatda deyilir.
Avropa rəsmilərinin fikrincə, bu cür tədbirlər Aİ-də fəaliyyət göstərən Rusiya yükdaşıyıcılarına qarşı sanksiyalardan yayınma hallarının sayını azaltmağa kömək edəcək.

Daha əvvəl bildirilmişdi ki, Avropa İttifaqı cümə günü Rusiyaya qarşı 11-ci sanksiyalar paketini təsdiqləyib.

Şahanə Rəhimli
AzVision.az


Teqlər: Ai  





Xəbər lenti