İnflyasiya İran iqtisadiyyatını çökdürür

   İnflyasiya İran iqtisadiyyatını çökdürür
  23 İyun 2023    Oxunub:1016
İran hökumətinin apardığı siyasətin ölkə iqtisadiyyatında neqativ halları daha da gücləndirməsi və inflyasiyanın sürətlə artmasına səbəb olduğunu bir sıra beynəlxalq maliyyə qurumları öz hesabatlarında dəfələrlə göstəriblər. Artıq İranın bəzi rəsmi qurumları da bu acı həqiqəti etiraf etmək məcbuyriyyətindədirlər.
AzVision.az İranın Statistika Mərkəzinin son aylıq hesabatın istinadən bildirir ki, ötən ilin eyni dövrü ilə müqayisədə ölkədə 71,3% həcmində inflyasiya qeydə alınıb. Mərkəzi bank inflyasiya ilə bağlı rəqəmləri açqılamasa da, Statistika Mərkəzi yemək yağı kimi bəzi məhsulların qiymətinin 3 dəfə, ət və ət məhsullarının qiymətinin isə 80%-dən çox artdığını bildirib.

Bu dövlət qurumu, həmçinin, ötən ilin müvafiq dövrü ilə müqayisədə cari ilin iyun ayında ərzaq məhsullarının qiymət artımının (nöqtədən-nöqtəyə inflyasiya) 42,6% təşkil etdiyini vurğulayıb.
Habelə mənzil və kirayə qiymətləri 39% yüksəlib ki, bu da ölkə mediasının bəzi sahə üzrə verdiyi məlumatlarla üst-üstə düşmür.

Maraqlıdır ki, İranın Statistika Mərkəzi bu ilin fevralından bəri heç bir izahat vermədən inflyasiya statistikası və mənzil bazarındakı vəziyyət barədə məlumatları dərc etməyi dayandırmışdı.
Bununla belə, Mərkəzi bankdakı mənbələr aprel ayında 70%-lik (nöqtədən-nöqtə) inflyasiya barədə açıqladılar ki, buda Statistika Mərkəzinin eyni ay üçün qiymətləndirməsindən xeyli yüksəkdir.

Belə ziddiyyətlər fonunda ekspertlər dövlət qurumlarının statistikasının düzgünlüyünə şübhə ilə yanaşırlar. Xüsusən də şəffaflığın olmadığı bir şəraitdə medianın sahə xəbərləri adətən dövlət qurumları və məmurlarının rəsmi iddiaları ilə ziddiyyət təşkil edir.

İranın rəsmi statistikasına əsaslanan Beynəlxalq Valyuta Fondunun (BVF) statistik məlumatlarınada, İranda ötən il inflyasiya 50% və hazırda İranın dünyada inflyasiyanın tüğyan etdiyi ölkələr sırasında olduğu bildirilir.
AzVision.az


Teqlər: İran   inflyasiya  





Xəbər lenti