Putin: "Üsyan cəhdi kürəyimizə bıçaq zərbəsidir" - VİDEO |
“Mən Rusiya vətəndaşlarına müraciət edirəm. Silahlı Qüvvələrin, hüquq-mühafizə orqanlarının, xüsusi xidmət orqanlarının şəxsi heyətinə. Mən həmçinin hiylə və ya hədə-qorxu ilə kriminal avantüraya sürüklənən, ağır cinayət - silahlı üsyan yoluna sövq edilənlərə müraciət edirəm”, - deyə Putin çıxışının əvvəlində bildirib.
O, həmçinin artıq üsyana qoşulmuş şəxsləri bu qiyamda iştirakdan əl çəkməyə çağırıb.
İyunun 23-də Rusiya Federasiyasının Müdafiə Nazirliyi bəyan edib ki, sosial şəbəkələrdə Vaqner PMC-nin təsisçisi Yevgeni Priqojinin adından yayılan mesajlar və videolar guya “Rusiya Müdafiə Nazirliyinin Vaqner PMC-nin arxa düşərgələrinə zərbə endirməsi” reallığa uyğun gəlmir və informasiya təxribatıdır.
Rusiya Federasiyası Prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib ki, Vladimir Putinə Priqojin ətrafındakı vəziyyətlə bağlı məlumat verilib.
Milli Antiterror Komitəsi bildirib ki, Priqojinin açıqlamalarından sonra hərbi qiyam çağırışı ilə bağlı iş açılıb.
AzVision.az