Enrike Mora: “JCPOA Avropa İttifaqı üçün ən yaxşı variantdır”
“Avropa Birliyi üçün JCPOA beynəlxalq ictimaiyyətin İranın nüvə proqramı ilə bağlı haqlı narahatlıqlarını aradan qaldırmaq üçün yeganə variant olmasa da, ən yaxşı variantdır”, - Mora deyib.
Tehran və dünya gücləri arasında JCPOA-nı canlandırmaq üçün danışıqların koordinasiyasına cavabdeh olan avropalı məmurun tviti İranın Xarici İşlər nazirinin müavini və nüvə danışıqlarında Tehranın baş müzakirəçisi Əli Baqiri Keni ilə iki günlük görüşü başa çatdıqdan iki gün sonra dərc edilib. CNN telekanalı rəsmi mənbədən aldığı məlumata istinadən Qətərin paytaxtı Dohada keçirilən görüşü “müsbət irəliləyişlərə” səbəb olduğunu bildirib.
Bundan bir neçə gün əvvəl isə Əli Baqiri BƏƏ-nin paytaxtı Əbu-Dabidə Fransa, Almaniya və Britaniya diplomatları ilə görüşmüşdü. AFP agentliyinə görüşün keçirldiyini təsdiqləyən Almaniyanın Xarici İşlər nazirliyi “İranın nüvə proqramı da daxil olmaqla, geniş spektrli məsələlər” müzakirə edildiyini bildirib.
Qeyd edək ki, Tehranın altı avropalı məhbusu azad etməsindən sonra son həftələrdə Avropa ilə İran arasındakı münasibətlərdə gərginlik bir qədər azalıb.
AzVision.az