Brüsselin Rusiyaya qarşı 11-ci sanksiyalar paketində İran da var

   Brüsselin Rusiyaya qarşı 11-ci sanksiyalar paketində İran da var
  24 İyun 2023    Oxunub:1050
Avropa İttifaqı Ukraynaya hərbi müdaxilə ilə əlaqədar Rusiyaya qarşı 11-ci sanksiyalar paketini təsdiqləyib. Siyahıda İran hökumətinə bağlı yeddi qurumun, o cümlədən PUA-lar istehsal edən dörd İran şirkətinin də adı var.
AzVision.az xəbər verir ki, sanksiyalar İranın Təyyarə mühərrikləri dizaynı və istehsal şirkəti (DAMA), İkimiz yüksək uçuş şirkəti (MADO), Pars enerji istehsalat şirkəti və Şahid aviasiya şənayesi şirkətidir.

İran dəfələrlə Rusiyaya PUA-lar göndərdiyini inkar etsə də, Qərb ölkələrinin təqdim etdikləri sübutlar qarşılığında ötən ilin noyabrında İranın Xarici İşlər naziri Hüseyn Əmir Abdullahiyan bunu təsdiqləmək məcburiyyətində qaldı. Lakin, o, Rusiya-Ukrayna müharibəsindən də “əvvəl” Moskvaya “məhdud sayda” PUA-lar göndərildiyini iddia bildirdi. İranın iddialarını “yalan” adlandıran Ukraynaisə indiyədək yüzlərlə İran PUA-ları vurduğunu bildirib.

Aİ-nın Rusiyaya qarşı 11-ci sanksiyalar paketində İran şirkətlərinin yer almasını şərtləndirən əsas amil isə Vaşinqtonun bu yöndə atdığı addım olub. İyunun 9-da Ağ Ev İranın yaxın vaxtlarda Xəzər dənizi vasitəsilə Rusiyaya yüzlərlə intiharçı PUA və dron istehsal edən avadanlıq göndərdiyinmi açıqladı. Bunun ardınca ABŞ-ın dörd departamenti birgə bəyanatda İranın PUA istehsalı ilə bağlı “sabitliyi pozan” hərəkətlərinin artan təhlükələri ilə bağlı xəbərdarlıq etdi. ABŞ Maliyyə nazirliyinin Xarici aktivlərə nəzarətiİdarəsi (OFAC) isə İranın dron sənayesinə kömək edə biləcək əməliyyatlardan çəkinmələri barədə xarici şirkətlərə göstəriş verdi.

İranın yuxarıda adı çəkilən şirkətləri ilə yanaşı, SEPAH-ın Aerokosmik qüvvələri, SEPAH Quru qoşunlarının özünü təminat təşkilatı və Qüds Aviasiya sənayesi də Aİ-nin qara siyahısına əlavə edilib. Bundan əlavə, Avropanın Rusiyaya qarşı 11-ci sanksiya paketi BƏƏ və Ermənistan kimi ölkələrdə də onlarla qurumu hədəf seçib.

Bu paketin son bir ildə sanksiyaların tətbiqindən əldə olunan təcrübə əsasında Brüsselin Rusiyaya qarşı sanksiyalarının “daha yaxşı həyata keçirilməsini” təmin etdiyi bildirilir.
AzVision.az



Teqlər:   İran  





Xəbər lenti