Nazirlik 75 əlili Nabrana göndərdi

Nazirlik 75 əlili Nabrana göndərdi
  02 İyun 2014    Oxunub:1236
ƏƏSMN tərəfindən 75 nəfər əlilliyi olan şəxs Nabran istirahət zonasına göndərilib
Bu gün Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (ƏƏSMN) tərəfindən 75 nəfər əlilliyi olan şəxs xüsusi nəqliyyat vasitəsi ilə Xaçmaz rayonunda yerləşən Nabran istirahət mərkəzinə göndərilib.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin İctimaiyyətlə əlaqələr şöbəsindən AzVision.az-a bildiriblər ki, bununla da son yarım ay ərzində istirahət mərkəzlərinə yola salınan əlilliyi olan şəxslərin sayı artıq 155 nəfərə çatıb.

Tədbir ƏƏSMN-nin müvafiq əmri ilə təsdiqlənmiş “2014-ci ildə əlillərin və sağlamlıq imkanları məhdud uşaqların sosial müdafiəsi və reabilitasiyası Proqramı”na əsasən təşkil olunur. İstirahət zamanı əlilliyi olan şəxslər üçün maraqlı gəzintilər, idman yarışları və viktorinalar, musiqili-əyləncəli tədbirlər təşkil edilir. Eyni zamanda, onlar fizioterapevtik müalicə prosedurlarına cəlb olunurlar.

Qeyd olunan Proqrama uyğun olaraq, cari il ərzində 1062 nəfər əlilliyi olan şəxsin Lənkəran, Şəki və Xaçmaz rayonlarındakı istirahət mərkəzlərinə istirahətə göndərilməsi planlaşdırılır.


Teqlər:





Xəbər lenti