Putin Belarus, Özbəkistan və Qazaxıstan liderləri ilə danışdı

   Putin Belarus, Özbəkistan və Qazaxıstan liderləri ilə danışdı
  24 İyun 2023    Oxunub:970
Rusiya prezidenti Vladimir Putin Belarus prezidenti Aleksandr Lukaşenko, Özbəkistan prezidenti Şavkat Mirziyoyev və Qazaxıstan lideri Kasım-Jomart Tokayevlə telefon danışığı aparıb.
Bu barədə Putinin mətbuat katibi Dmitri Peskov məlumat yayıb. Bildirib ki, prezident həmsöhbətlərinə ölkədəki vəziyyətlə bağlı məlumat verib.

Xatırladaq ki, “Vaqner” Xüsusi Hərbi Şirkətinin başçısı Yevgeni Priqojin Rusiya hərbçilərinin “Vaqner” muzdlu hərbi təşkilatının arxa düşərgələrinə raket zərbələri endirdiyini, bir çox döyüşçünün öldüyünü açıqlayıb: "Bu vəhşiliyə necə cavab verəcəyimizə qərar verəcəyik. Növbəti addım bizimdir".

Bundan sonra Rusiya Federal Təhlükəsizlik Xidməti Yevgeni Priqojinə qarşı silahlı üsyana təhrik faktı üzrə cinayət işi açıb. Rusiya Federasiyasının Baş Prokurorluğu bildirib ki, Priqojinin əməllərinə lazımi hüquqi qiymət veriləcək. Müdafiə Nazirliyi isə “Vaqner”in arxa düşərgələrinə zərbə endirilməsi ilə bağlı iddiaları yalan məlumat adlandırıb. Nazirlik eyni zamanda “Vaqner” döyüşçülərinə müraciət edib, silahı yerə qoymağa çağırıb.

Rusiya Prezidenti Vladimir Putin xalqa müraciətində mövcud hadisələri xəyanət kimi qiymətləndirib. O deyib ki, bütün zəruri tədbirlər görüləcək.
AzVision.az


Teqlər:





Xəbər lenti