Tokayev: “Baş verən hadisələr Rusiyanın daxili işidir”

      Tokayev:    “Baş verən hadisələr Rusiyanın daxili işidir”
  24 İyun 2023    Oxunub:1021
Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev Rusiyada baş verən hadisələri ölkənin daxili işi adlandırıb.
AzVision.az xəbər verir ki, bu barədə Qazaxıstan Prezidentinin Mətbuat xidməti məlumat yayıb.

“Tokayev qeyd edib ki, baş verən hadisələr Rusiyanın daxili işidir. Konstitusiya quruluşu və qanunun aliliyi ölkədə qanunun və asayişin qorunması üçün zəruri şərtdir. Bu, cəmiyyətin təhlükəsizliyinin və onun uğurlu inkişafının əsasıdır”, - deyə məlumatda bildirilib.

AzVision.az


Teqlər:





Xəbər lenti