İranın məhkəmə hakimiyyəti məcburi hicabı zəruri sayır

İranın məhkəmə hakimiyyəti məcburi hicabı zəruri sayır
  24 İyun 2023    Oxunub:1256
Son vaxtlar teokratik rejimin zorla tətbiq etdiyi “iffət və hicab” qanunu İran cəmiyyətində və ölkədən kənarda böyük narazılıqlara səbəb olur. İranın məhkəmə hakimiyyəti isə hökumətin istibadaçı siyasətinə haqq qazandırıb.

AzVision.az xəbər verir ki, İranın məhkəmə hakimiyyəti rəhbərinin birinci müavini Məhəmməd Müsəddiq Tehranda cümə namazı zamanı çıxışında ölkədə hicabın məcburi və hökumətin qadınların geyindiyi geyim növünə müdaxilə etməyə haqqı olduğunu deyib.

“Hicab dini və siyasi bir öhdəlikdir. Özünü alim adlandıranlara, bəzən məktəbdə, universitetdə hicabın şəxsi qərar olduğu və hökumətin qarışmaması barədə təkliflər səsləndirənlərə təəccüblənirəm, amma bu belə deyil. İranda hicab ailənin içində şəxsi qərardan asılıdır və hökumət buna qarışmır, lakin küçədə hicaba riayət olunmursa, hökumətin müdaxilə etmək hüququ var”, - məhkəmə hakimiyyəti rəhbərinin birinci müavini vurğulayıb.
Müsəddiqin hicabın məcburi olması iddiası ilə yanaşı, İsfahan vilayətinin ədliyyə başçısı Əsədullah Cəfəri cümə namazındakı çıxışında məcburi hicabdan imtina edən 1200 qadınla bağlı məhkəmə işi qaldırıldığını bildirib.

“Hicabı açan şəxslərin sənədləşdirilməsi ilə 1200-dən çox iş məhkəmə sisteminə daxil olub və biz bununla var gücümüzlə məşğuluq. Hicab taxmayan qadınlar fəsad təbliğ edirlər. Biz kiberməkanda fəallıq göstərən, fəsadı mütəşəkkil və şəbəkələşmiş şəkildə təbliğ edən insanları müəyyənləşdirir, onlarla məşğul oluruq”, - Əsədullah Cəfəri deyib.

İsfahan vilayətinin ədliyyə başçısı indiyədək vandalizm və küfr təbliğatçıları ilə bağlı 50-dən çox faktı müəyyən etdikləri, həmin şəxslərə qarşı iş qaldırdıqları ilə “öyünüb”.
AzVision.az


Teqlər: İran   hacib  





Xəbər lenti