"Biz Rostovun qərargah binasını bir güllə atmadan ələ keçirmişik" - Priqojin

   "Biz Rostovun qərargah binasını bir güllə atmadan ələ keçirmişik" -    Priqojin
  24 İyun 2023    Oxunub:1123
"Ölkə nə üçün bizi qəbul edir? Çünki biz ədalət naminə gedirik. İnsanlar bizi xilaskar kimi qarşılayırlar. Xoş sözlər deyirlər".
AzVision.az xəbər verir ki, bunu “Vaqner” Xusisi Hərbi Şirkətinin rəhbəri Yevgeni Priqojin deyib. O bildirib ki, Rostovun qərargah binasını bir güllə atmadan ələ keçirilər.



Xatırladaq ki, “Vaqner” Xüsusi Hərbi Şirkətinin başçısı Yevgeni Priqojin Rusiya hərbçilərinin “Vaqner” muzdlu hərbi təşkilatının arxa düşərgələrinə raket zərbələri endirdiyini, bir çox döyüşçünün öldüyünü açıqlayıb: "Bu vəhşiliyə necə cavab verəcəyimizə qərar verəcəyik. Növbəti addım bizimdir".

Bundan sonra Rusiya Federal Təhlükəsizlik Xidməti Yevgeni Priqojinə qarşı silahlı üsyana təhrik faktı üzrə cinayət işi açıb. Rusiya Federasiyasının Baş Prokurorluğu bildirib ki, Priqojinin əməllərinə lazımi hüquqi qiymət veriləcək. Müdafiə Nazirliyi isə “Vaqner”in arxa düşərgələrinə zərbə endirilməsi ilə bağlı iddiaları yalan məlumat adlandırıb. Nazirlik eyni zamanda “Vaqner” döyüşçülərinə müraciət edib, silahı yerə qoymağa çağırıb.

Rusiya Prezidenti Vladimir Putin xalqa müraciətində mövcud hadisələri xəyanət kimi qiymətləndirib. O deyib ki, bütün zəruri tədbirlər görüləcək.

Yevgeni Priqojin isə silahları yerə qoyub təslim olmaqdan imtina edib.

“Biz döyüşmüşük və doyüşürük. "Vaqner"lər Federal Təhlükəsizlik Şurasının rəhbərinin və ya bir başqasının tələbi ilə təslim olmaq fikrində deyil. Biz Putinə və "FSB"-yə itaət etməyəcəyik. Biz vətənpərvərlərik, bizə qarşı olanlar isə zibilin ətrafına toplaşanlardır. Putin bizi xəyanətdə ittiham etməkdə yanılır. Vaqner bu ölkənin korrupsiya və bürokratiya içində yaşamasını istəmir” - Priqojin bildirib.

Şahanə Rəhimli
AzVision.az


Teqlər:





Xəbər lenti