Donetsk istiqamətində əks-hücumlara başlanıldı

Donetsk istiqamətində əks-hücumlara başlanıldı
  25 İyun 2023    Oxunub:2071
Ukrayna Silahlı Qüvvələri Rusiyanın işğalı altındakı Donetsk vilayətində əks-hücum əməliyyatına başlayıb.
TASS xəbər verir ki, Ukrayna ordusu vilayətin Qorlovka şəhərinə raket hücumları həyata keçiriblər.

Qeyd olunub ki, əraziyə 15 raket zərbəsi endirilib.

Məlumatda raket hücumlarının nəticəsi barədə hələ ki, yeni informasiyanın olmadığı bildirilib.

Qeyd edək ki, Rusiya Donetski 2014-cü ildə ilhaq edib və orada qondarma respublika yaradılıb.

AzVision.az


Teqlər: Ukrayna  



Xəbər lenti