"Putin Priqojinə söz verdi" - Kreml

   "Putin Priqojinə söz verdi" -    Kreml
  25 İyun 2023    Oxunub:952
"Putinin sözü Priqojinin Belarusa köçmək imkanının təminatı oldu" .
AzVision.az xəbər verir ki, bunu Rusiya prezidentinin mətbuat xidmətinin rəhbəri Dmitri Peskov Yevgeni Priqojinə qarşı cinayət işinə xitam verilməsi və onun Belarusa getməsi ilə bağlı məlumatı şərh edərkən deyib.

Qeyd edək ki, Yevgeni Priqojinə qarşı cinayət işinə xitam verilib və o, Belarusa gedəcək.

Priqojin Lukaşenkonun "Vaqner hərəkatı"nı dayandırmaq və gərginliyi azaltmaq üçün əlavə addımlar atmaq təklifini qəbul edib. Hətta Priqojinin Moskvadan geri çəkildiyini və döyüş mövqelərinə geri qayıtdığını elan etdiyini bildirən səs yazısı yayılıb.

Hazırda "Vaqner" Rostovdan ayrılmağa hazırlaşır.

Şahanə Rəhimli
AzVision.az



Teqlər:





Xəbər lenti