Şoyqu qiyamdan sonra ilk dəfə görüntüləndi - VİDEO

   Şoyqu qiyamdan sonra ilk dəfə görüntüləndi -  VİDEO
  26 İyun 2023    Oxunub:1164
Rusiyanın müdafiə naziri Sergey Şoyqu ölkədə “Vaqner” özəl hərbi şirkətinin rəhbəri Yevgeni Priqojinin silahlı qiyamından sonra ilk dəfə görüntülənib.
Şoyqu “Qərb” qoşun qrupunun “ön xətdə idarəetmə məntəqəsi”nə baş çəkib. Məlumatda Şoyqunun birləşmə rəhbərlərinin hesabatlarını dinlədiyi, eləcə də hazırkı vəziyyətlə tanış olduğu bildirilir. Bu, rusiyalı nazirin ölkədə son günlər baş verən hadisələr fonunda fəaliyyətini əks etdirən ilk kadrlardır.

Xatırladaq ki, iyunun 23-də Priqojin Rusiyanın hərbi rəhbərliyini “Vaqner” düşərgələrinə hücumda və döyüşçüləri öldürməkdə günahlandırdı, buna cavab verəcəyini vəd etdi. Müdafiə Nazirliyi bu məlumatı təkzib edərək, təxribat kimi qiymətləndirdi. Ertəsi gün səhər Priqojin Rostovdakı və Voronejdəki hərbi obyektlərə nəzarəti və ÖHŞ döyüşçülərinin Moskvaya getmək niyyətini açıqladı.

Amma axşam saatlarında bu planlarından əl çəkdi. Bundan əvvəl Minsk Priqojinin Belarus Prezidenti Aleksandr Lukaşenko ilə danışıqları haqqında məlumat verdi. Bildirildi ki, danışıqlar zamanı ÖHŞ döyüşçüləri üçün təhlükəsizlik zəmanəti ilə razılıq əldə edilib. Kremldən onların məsuliyyətə cəlb edilməyəcəyi, Priqojinə qarşı silahlı qiyamın təşkili ilə bağlı (Cinayət Məcəlləsinin 279-cu maddəsi) cinayət işinə xitam veriləcəyi və onun Belarusa gedə biləcəyi vədi verildi.




AzVision.az



Teqlər:





Xəbər lenti