Erməni spiker: "Vaşinqton görüşü irəliləyişə səbəb ola bilər"

      Erməni spiker:    "Vaşinqton görüşü irəliləyişə səbəb ola bilər"
  26 İyun 2023    Oxunub:932
“Ermənistanın xarici işlər naziri Ararat Mirzoyanla azərbaycanlı həmkarı naziri Ceyhun Bayramov arasında sabah Vaşinqtonda keçiriləcək danışıqlar irəliləyişə səbəb ola bilər".
Bunu Ermənistan parlamentinin sədri Alen Simonyan keçirdiyi brifinqdə deyib. Onun sözlərinə görə, danışıqlardan irəliləyiş gözləmək olar: “Çünki təmaslar kifayət qədər intensivdir. Hər iki tərəfin təklifləri və müzakirələri öz nəticəsini verir”.

Qeyd edək ki, sabah, iyunun 27-də ABŞ-ın paytaxtı Vaşinqtonda C.Bayramovla A.Mirzoyan görüşəcək. Tərəflər arasında “Sülh və Dövlətlərarası Münasibətlərin Qurulması haqqında ikitərəfli Saziş” layihəsi üzrə danışıqların növbəti raundunun keçirilməsi nəzərdə tutulub.

AzVision.az


Teqlər:





Xəbər lenti