İranda Məkki Zahidan məscidinin üzvü həbs olundu

İranda Məkki Zahidan məscidinin üzvü həbs olundu
  26 İyun 2023    Oxunub:913
Sistan və Bəlucistanda “38-ci etiraz cüməsi”ndən sonra başlayan yeni həbslər dalğası son gün və gecə ərzində Rask, Pişin və İranşəhr şəhərlərinə də sirayət edib. İranşəhrdə bir neçə yeniyetmə təhlükəsizlik qüvvələri tərəfindən zorakılıqla həbs olunub.
AzVision.az bildirir ki, “Rassd Bəlucistan” xəbər kanalı Məkki Zahidan məscidinin üzvlərindən biri və Mövləvi Əbdülhəmid İsmailzəhinin sürücüsü Əbdülvahid Şəhlibərin həbsi barədə məlumat yayıb.

Onun çağırış əsasında Zahidan İnqilab prokurorluğuna getdiyi və dərhal həbs edilərək naməlum yerə köçürüldüyü bildirilir. Hələlik onun həbsinin səbəbi və ona irəli sürülən ittihamlar barədə məlumat yoxdur.

Məlumatlı mənbənin sözlərinə görə, Məkki Zahidan məscidinin əsas fiqurlarından olan Əbdülvahid Şəhlibərin həbsi bu məscidin təhlükəsizlik qüvvələrinin SEPAH-ın Mövləvi Əbdülhəmid İsmayılzəhiyə sui-qəsd planını pozmasından sonra həyata keçirilib. İran təhlükəsizlik qurumları İranın ən böyük sünni məscidi kimi Məkki Zahidan məscidinin əsas üzvlərini həbs etməklə təzyiq göstərmək və yeni ssenari planlaşdırmaq niyyətindədir.

Bundan əvvəl də, İranın bəzi rəsmiləri, o cümlədən məhkəmə sisteminin keçmiş müavini və Məsləhət şurasının sədri Sadiq Laricaninin qardaşı Məhəmməd Cavad Laricani İslam respublikasının televiziya proqramında Məkki Zahidan məscidini “Məscid əl-Zərar” adlandıraraq, onu ələ keçirib dağıtmağa çağırıb.
AzVision.az


Teqlər: İran   Zahidan  





Xəbər lenti