Tayvan raket istehsalını kəskin artıracaq

Tayvan raket istehsalını kəskin artıracaq
  26 İyun 2023    Oxunub:821
Tayvanın müdafiə sənayesi bu il müxtəlif növ raketlərin istehsalını 1000 ədədə çatdırmağı planlaşdırır.
Bu barədə Tayvanın “Taipei Shibao” qəzeti məlumat yayıb. 2022-ci ildən 2026-cı ilə qədər bu proqrama ümumilikdə 228,9 milyard yeni Tayvan dollarının (təxminən 7,4 milyard dollar) ayrılması planlaşdırılır. Qəzetin mənbəsinin məlumatına görə, bu il maliyyələşdirmə maksimum dəyərinə çatacaq və 60,9 milyard yeni Tayvan dolları (təxminən 1,96 milyard dollar) təşkil edəcək. Tayvanın hərbi sənaye kompleksi bu il ildə 1000-ə yaxın raket istehsal edəcək və gələn il bu rəqəmi artıracaq.

Proqramın çeşidinə sahil raket sistemlərinin, zenit-raket komplekslərinin və gəmi əsaslı raket sistemlərinin istehsalı daxildir. Buna əsasən, döyüş başlığının çəkisi təxminən 350 kq olan "Vantsyan" qanadlı raketlərin istehsalı artırılacaq.

Əsas modifikasiyada onların məsafəsi təxminən 200 km-dir, Tayvan isə 400 km-ə qədər məsafədə hədəfləri vura bilən təkmilləşdirilmiş versiya hazırlayır.

AzVision.az


Teqlər:





Xəbər lenti