Aİ İrana qarşı 9-cu sanksiya paketini qəbul edib

   Aİ İrana qarşı 9-cu sanksiya paketini qəbul edib
  26 İyun 2023    Oxunub:737
Avropa İttifaqı (Aİ) ölkədə insan hüquqlarının pozulması səbəbindən İrana qarşı 9-cu sanksiya paketini qəbul edib.
Qərar Aİ-nin rəsmi jurnalında dərc edilib. Sənədə əsasən iki qubernator, bir prokuror, bir hakim müavini və üç polis əməkdaşıolmaqla İranın 7 məmurunun adı qara siyahıya salınıb.

Adları qara siyahıya salınan şəxslərin hamısına İttifaq ölkələri ərazisinə girişi bağlanıb və onların Avropadakı aktivlərinin bloklanacağı qərara alınıb.

AzVision.az


Teqlər:





Xəbər lenti