Paşinyan: "2021-ci ildə hərbçilər məni devirmək istədilər"

      Paşinyan:    "2021-ci ildə hərbçilər məni devirmək istədilər"
  27 İyun 2023    Oxunub:2113
Ermənistanın baş naziri Nikol Paşinyan diqqət çəkən açıqlamalar verib. AzVision.az xəbər verir ki, o, 44 günlük müharibənin araşdırılması üzrə komissiyanın iclasında danışarkən erməni hərbçilərə qarşı ittihamlar səsləndirib.
Nikol Paşinyan 2021-ci ilin mayında baş vermiş toqquşmalar zamanı yüksək rütbəli hərbçilərin hərəkətsizliyinin hökuməti devirmək məqsədi daşıdığını iddia edib.

O, həm 2020-ci ilin 44 günlük müharibəsinin, həm də 2021-ci ilin mayında Ermənistan-Azərbaycan sərhədinin Sotk-Xoznavar hissəsində baş verən hadisələrin bir çox təfərrüatları və epizodlarının onu şübhələrə sürüklədiyini vurğulayıb.

Paşinyan: "Müharibədən yayınmaq olardı"
"Uzun müddət, müharibənin sonuna qədər hərbçilərimizin hər hansı qəsdən edilən davranışlarından şübhələnmədim. Amma sonradan bu barədə düşünməyə başladım. Üstəlik, Sotk-Xoznavarda baş verənlərdən sonra onların bilərəkdən hərəkətsizliyi versiyası daha da gücləndi. ABaşa düşürsünüz, ortada hadisələr, cinayət işi, təqsirləndirilən var, amma izahat yoxdur”, - erməni baş nazir gileylənib.

Paşinyan həmçinin 44 günlük müharibə haqqında danışarkən məğlubiyyətə görə ordunun günahkar olmasına işarə vurub.

Baş nazirin sözlərinə görə, Ermənistan Silahlı Qüvvələri vəzifələrinin öhdəsindən gələcəyini bəyan edibmiş: “Mənə hansı texnikaların, silahların lazım olması barədə məlumat vermişdilər. Demişdim ki, nə lazımdırsa, təmin edəcəm. Müharibə ərzində bu prinsipə daim əməl etdim, ordunun ehtiyaclarını ödədim”.

Tural Tağıyev
AzVision.az



Teqlər:   Paşinyan   Müharibə   Ordu  





Xəbər lenti