Daha bir iranlı sərhədçi öldürüldü

Daha bir iranlı sərhədçi öldürüldü
  27 İyun 2023    Oxunub:1352
Dünyanın bir çox bölgələrində terrorçu qrupları dəstəkləyən və terror aktları törədən İran son vaxtlar özü belə fəsadlarla üzləşib.
AzVision.az “Tasnim” xəbər agentliyinə istinadən bildirir ki, Sistan və Bəluçistan əyalətindəki Səravan sərhəd alayına “terror aktı” zamanı bir iranlı sərhədçi öldürülüb.

Ölkəyə daxil olmaq niyyətində olan adı çəkilməyən bu terrorçu qrup iyunun 26-i gecə saatlarında Səravan sərhəd alayının1390-cı Mil sərhəd postunda sərhədçilərin müqaviməti ilə üzləşib. Hadisə ilə bağlı hələlik ətraflı məlumat verilməyib.

Qeyd edək ki, mayın 20-də də axşam saatlarında Səravandakı sərhədçi qülləsinə silahlı hücum nəticəsində 5 nəfər həlak olmuşdu. Onlardan 3 əsgər, biri isə gizir idi. Həmin hücumu “düşmənlərin terroru” adlandıran İranın polis qüvvələri, hücum edənlərin münaqişə yerindən itkilərlə qaçdıqlarını bildiriblər.

Əslində İranın özünün “düşmənlərin terroru” ilə üzləşdiyi iddiası “nə tökərsən aşına, o, da çıxar qaşığına” məsələnin nə qədər actual olduğundan xəbər verir.
AzVision.az








Teqlər: İran   sərhəd  





Xəbər lenti