Priqojinin təyyarəsi Belarusda eniş edib |
A.Lukaşenko Y.Priqojinin Belarus ordusuna təsiri olmayacağına əminliyini ifadə edib.
Belarus lideri həmçinin qeyd edib ki, "Əgər Rusiyada "Vaqner" Özəl Hərbi Şirkətinin hərəkətləri ucbatından iğtişaşlar baş versəydi, növbəti hədəf Belarus olacaqdı".
O əlavə edib ki, Rusiya hakimiyyəti tərəfindən verilən təhlükəsizlik zəmanətləri yerinə yetirilib. Aleksandr Lukaşenko, həmçinin, təsdiqləyib ki, bir müddət ölkədə qalmaq istəyən “vaqnerçi”lərə kömək etməyə hazırdır.
AzVision.az