"Müharibədə Lələtəpəni qaytarmağı tapşırmamışdım” - Paşinyan

"Müharibədə Lələtəpəni qaytarmağı tapşırmamışdım”    - Paşinyan
  27 İyun 2023    Oxunub:1080
“44 günlük müharibə zamanı Lələtəpə yüksəkliyini qaytarmağı tapşırmamışam”.
Ermənistan mediasının məlumatına görə, bu barədə Ermənistanın baş naziri Nikol Paşinyan 44 günlük müharibənin araşdırılması üzrə komissiyanın iclasında danışıb.

O, 2020-ci ilin 5 oktyabrında Xankəndidə komanda məntəqəsində olduğunu, həmin vaxt 9-cu müdafiə dairəsinin yarıldığı xəbərini aldığını bildirib.

Hökumət başçısı həmin vaxt separatçıların “müdafiə naziri”nin Samvel Babayan olduğunu xatırladıb.

İrəvan: "Müharibədə bəzi silahlardan istifadə hüququ bizə aid deyildi”
“Vəziyyətin pisləşdiyini nəzərə alaraq ondan hansı təklifləri olduğunu soruşdum. Babayan rayonun müdafiə xəttinin bərpasını təklif etdi”, - deyə Paşinyan bildirib.

Paşinyan 2016-cı ildə, Aprel döyüşləri zamanı itirdikləri Lələtəpə yüksəkliyinin qaytarılması barədə göstəriş verməkdə ittiham olunduğunu, amma belə bir mövzunun ümumiyyətlə olmadığını deyib.

“Mənim üçün Silahlı Qüvvələrin Baş Qərargah rəisinin fikri önəmli idi... Mən obyektiv və subyektiv şəraitə görə Baş Qərargah rəisi postunda olan insanlara, demək olar ki, qeyd-şərtsiz inanırdım və etibar edirdim. Onları təyin edib-etməməyimin fərqi yoxdur – general paqonları daşımaları etimad etməyim üçün böyük avans idi”, - deyə Paşinyan bildirib.

Yeri gəlmişkən, komissiyanın rəhbəri Andranik Koçaryan bəyan edib ki, Samvel Babayan və Baş Qərargahın keçmiş rəhbəri Onik Qasparyan Lələtəpə məsələsinin olmadığını təsdiqləyiblər.

AzVision.az



Teqlər:   Paşinyan   Lələtəpə  





Xəbər lenti