UNESCO rəsmisi: "Pandemiya gənclərimizə böyük təsir etdi"

   UNESCO rəsmisi:    "Pandemiya gənclərimizə böyük təsir etdi"
  27 İyun 2023    Oxunub:1243
İdman çox vacib bir sahədir. Hər bir şəxsin sağlamlığı üçün idman əhəmiyyətlidir”.
Bunu MINEPS VII çərçivəsində təşkil olunan mətbuat konfransında UNESCO baş direktorunun sosial və humanitar elmlər üzrə müavini Qabriela Ramos deyib.

O bildirib ki, Bakıda təşkil olunan konfrans idmanın bərabər inkişafına təkan verəcək:

“Bu tədbir üç ildən bir keçirilir. Lakin mövcud olan COVİD-19 pandemiyası nəticəsində 7 il ərzində tədbiri təşkil edə bilmədik. İdman təkcə idmançılar üçün deyil, sadə vətəndaşların da rahatlıqla istifadə etməli olduğu bir sahədir. Biz 19 özəl sektor əməkdaşımızı bura gətirmişik. İdman dünyasında çox gözəl liderlər var. Biz Bakıda bu forum nəticəsində bir sənəd imzalayacayıq. Bunun nəticəsində biz maliyyə təmin edərək, bütün dünyada idmanın bərabər şəkildə inkişaf etməsinə nail ola bilək”.

Q.Ramos məktəblərdə bədən tərbiyəsi dərslərinin daha effektiv tədrisinin əhəmiyyətini vurğulayıb:

“Əsas fakt bundan ibarətdir ki, COVID-19 pandemiyası gənclərimizə çox böyük təsir edib. Nəzərdə tuturuq ki, hər gün məktəblərdə 30 dəqiqəlik bədən tərbiyəsi dərsləri keçirilsin. Bunun üçün peşəkar məşqçilərə ehtiyac var. Bəzən valideynlər deyirlər ki, uşağım idman dərsinə girməsin. Elə bir iş aparmalıyıq ki, valideynlər bu düşüncədə olmasınlar”.

YUNESKO rəsmisi kiberidmanın payının artması məsələsinə toxunub:

“Kiberidmanla bağlı xüsusi bir federasiya var. 3.5 milyard iştirakçıya sahibdirlər. Bu çox böyük bir rəqəmdir”.

Qeyd edək ki, iyunun 29-dək davam edəcək konfransın yekununda YUNESKO-nun idman təşəbbüsü olan “Fit for Life” layihəsindən irəli gələn “Fit for Life” tərəfdaşlıq sənədi qəbul ediləcək. “Fit for Life” layihəsinin əsas məqsədi idman sahəsində inklüzivliyin dəstəklənməsi, gənclərin rifahının yüksəldilməsi, COVID-19 pandemiyasının yaratdığı negativ təsirlərin aradan qaldırılması, fiziki fəaliyyətsizliyin azaldılması üzrə siyasətlərin hazırlanmasından ibarətdir.
AzVision.az



Teqlər:





Xəbər lenti