Stoltenberq daha bir il NATO-nu idarə edəcək

Stoltenberq daha bir il NATO-nu idarə edəcək
  27 İyun 2023    Oxunub:973
NATO-nun baş katibi Yens Stoltenberqin daha bir il vəzifəsində qalacağı gözlənilir.
TASS bu barədə alyansdakı mənbələrə istinadən məlumat yayılıb.

Bildirilir ki, hazırki baş katibin səlahiyyət müddətinin çərşənbə günü, iyunun 28-də uzadılması ehtimalı böyükdür.

Qeyd olunur ki, NATO diplomatları Stoltenberqin böhran vəziyyətlərində hərbi alyansı idarə etmək bacarığını vurğulayırlar. Onların fikrincə, baş katibin səlahiyyət müddətinin uzadılması vaxta qənaət edəcək və namizədlərin şəxsiyyətləri ilə bağlı debatlara qərq olmaq əvəzinə diqqəti Ukraynaya dəstəyə yönəldəcək.

AzVision.az



Teqlər:





Xəbər lenti