Yaponiyanın şimalında güclü zəlzələ baş verib

Yaponiyanın şimalında güclü zəlzələ baş verib
  28 İyun 2023    Oxunub:2387
Yaponiyanın şimalında 6,2 bal gücündə zəlzələ qeydə alınıb.
AzVision.az xəbər verir ki, bu barədə ölkənin milli meteorologiya departamenti məlumat yayıb.

Məlumata görə, yeraltı təkanların episentri Hokkaydo adasının cənub sahillərində, mənbə isə okeanın dibinin təxminən 480 km dərinliyində yerləşib.

Tələfat və dağıntılar barədə məlumat yoxdur. Sunami təhlükəsi yoxdur.

AzVision.az



Teqlər:





Xəbər lenti