Əli Mütəhhəri: "İran hakimiyyəti Rusiyanın güclü dayaq olmadığını bilməlidir"

    Əli Mütəhhəri:    "İran hakimiyyəti Rusiyanın güclü dayaq olmadığını bilməlidir"
  28 İyun 2023    Oxunub:1170
Tehranın əksər məsələlərdə Moskvanın mövqeyini dəstəkləməsi, xüsusi ilə də Rusiyada baş verən son qiyam cəhdində birmənalı şəkildə prezident Vladimir Putini dəstəkləməsi İran cəmiyyətində heç də birmənalı qarşılanmır.
AzVision.az bildirir ki, İslam Şurasının keçmiş üzvü, parlamentin sabiq vitse-spikeri Əli Mütəhərri İran xalqının mənafeyini Rusiyanın maraqlarına bağlamağın düzgün olmadığı barədə öz Tvitter hesabında İran hakimiyyətinə xəbərdarlıq edib.

“Vaqner qruplaşmasının Rusiyadakı hadisəsi İran sistemi daxilində ruslara xəbərdarlıqdır ki, onlar İran xalqının maraqlarını Rusiyanın maraqları ilə bağlamasınlar və Ukrayna hadisəsindən geri çəkilsinlər. İran hakimiyyəti Rusiyanın güclü dayaq olmadığını bilməli və “nə şərq, nə qərb siyasəti”nə qayıtmalıdır”, - Mütəhərri deyib.

İranda mövcud rejim yarandığı gündən “Nə Şərq, nə Qərb” şüarı əsasında xarici siyasət yürütmək iddiasında olsa da, son onilliklərdə, xüsusən də son illərdə Çin və Rusiya ilə daha da yaxınlaşıb.

İranın Xarici İşlər nazirliyinin rəsmiləri son günlər Vaqner qruplaşmasının üsyanına qarşı çıxmaq üçün Rusiyaya dəstək veriblər. Rusiya mətbuatı bununla bağlı Rusiya prezidenti Vladimir Putinin İbrahim Rəisi ilə telefon danışığı apardığını yazıb.

Əli Mütəhərri ilə yanaşı, İran parlamentinin digər sabiq üzvü Mahmud Sadiqi də rəsmi Tehranın ziddiyyətli siyasətinə diqqət çəkib.

“Bir tərəfdən onlar neytrallıq iddiasındadırlar, digər tərəfdən hətta Rusiyanın daxili işlərində, məsələn, Vaqner qruplaşmasının üsyanında belə, rəsmi şəkildə Putini dəstəkləyirlər” , - Sadiqi bildirib.

Sabiq deputat İlahə Kulayi isə “HəmMihən” qəzetinə verdiyi müsahibədə bunun İranın geosiyasi maraqlarına təhlükə yaratdığını söyləyib.

- İranın son 40 ildə apardığı anti-Qərb siyasətindən Rusiyanın geniş fayda götürdüyünü nəzərə alsaq, cari hadisələr ölkənin qərar verən şəxsləri üçün İranın geosiyasətindən irəli gələn tələblərə əməl etmək barədə həyəcan təbili çala bilər” , - İlahə Kulayi vurğulayıb.
AzVision.az



Teqlər: İran   Rusiya  





Xəbər lenti