Belçikanın Xarici İşlər naziri Zakaniyə yenidən viza verəcəyini deyib

Belçikanın Xarici İşlər naziri Zakaniyə yenidən viza verəcəyini deyib
  28 İyun 2023    Oxunub:1259
Bir müddət əvvəl Belçikanın Xarici İşlər naziri Tehranın fundamentalist meri Əlirza Zakaniyə və onu müşayiət edən nümayəndə heyətinə viza verilməsi ilə bağlı “şəffaflığın olmamasına” görə üzr istəmişdi. Lakin nazir Zakaninin yenidən Brüsselə gəlmək istəyi qarşılığında Belçikanın ona yenidən viza verəcəyini açıqlayıb.
AzVision.az bildirir ki, 3 həftədən az müddət ərzində üçüncü dəfədir ki, Belçika parlamentinin üzvlər Xarici İşlər naziri Haca Ləhbibdən Zakaniyə viza verilməsi ilə bağlı izahat tələb edirlər. Bir qrup deputat, onun ilk izahatları “uyğunsuz” və “real olmayan” adlandırıblar, bəzi parlamentarilər isə hətta onun istefa tələbini iərli sürüblər.

Belçika parlamentinin iranlı üzvü Dərya Səfai Belçika Xarici İşlər nazirinin son açıqlamalarını sərt tənqid edib.

“Üçüncü dəfə parlamentə çağırıldıqdan sonra Belçikanın Xarici İşlər naziri bir sıra boş sözlərlə üzr istəyir, sonra isə diplomatiya bayrağı altında etdiklərinin tamamilə düzgün və qanuni olduğunu söyləyir. Sizin üzr istəməniz boş və saxtadır, hətta hökumətin bəzi partiyaları tərəfindən də qəbul olunmayıb. Biz hələ də onun istefasını tələb edirik. Belçikanın İran sədaları altında rəqs etməyən və girov diplomatiyası ilə məşğul olmayan bilikli xarici işlər nazirinə ehtiyacı var”, - Dəray Şəfai özünün Tvitter hesabında yazıb.

Maraqlıdır ki, bu cür sərt tənqidlər qarşılığında belə Belçikanın Xarici İşlər naziri Haca Ləhbib ölkə parlamentinin Xarici Əlaqələr komitəsinin iclasında mövqeyini dəyişməyəcəyini söyləyib.

- Eyni bələdiyyə sədri yenidən Brüsselə gəlsə, ona yenidən viza verəcəm. Mən bununla bağlı heç nəyi dəyişə bilmərəm” , - Haca Ləhbib bildirib.

Qeyd edək ki, İki həftə əvvəl Əlirza Zakani də daxil olmaqla 14 İran rəsmisinin Belçika hökumətinin verdiyi vizalarla Avropa İttifaqı qurumlarının yerləşdiyi Brüsselə gəlməsi, Belçikanın Xarici İşlər nazirinə və İran nümayəndə heyətinin dəvətçilərinə qarşı sərt tənqid dalğasına rəvac verib.
AzVision.az



Teqlər: Belçika   İran  





Xəbər lenti