SEPAH komandiri İbrahim Rəisiyə: "interneti və sosial şəbəkələri bağlayın"

   SEPAH komandiri  İbrahim Rəisiyə:    "interneti və sosial şəbəkələri bağlayın"
  28 İyun 2023    Oxunub:1184
Ötənilki etirazlar zamanı İran hökuməti və təhlükəsilik qüvvələrinin komandirləri arasında məxfi sənədlər və yazışmalar silsiləsindən bu yaxınlarda daha bir “çox məxfi” məktub açıqlanıb.
AzVision.az xəbər verir ki, həmin məktubda interneti, sosial şəbəkələri və virtual məkanı rejim üçün “zəhərli atmosfer” kimi qiymətləndirən SEPAH-ın rəhbərliyi, İran prezidentinə onları bağlamağı tövsiyyə edib.

“Təhlükəsizlik vəziyyətindən sonra ilk addımda bu zəhərli atmosferə giriş əbədi olaraq bağlanmalıdır. Kiber məkanın azadlığına görə ən azı bir neçə il xarici sosial şəbəkələrin nüfuzlu fəaliyyətinə imkan vermək lazım deyil. Həbs edilənlərin əksəriyyəti “zehni görüntüləri reallıq dünyasından tamamilə fərqli olan” aldanmış yeniyetmələr və gənclərdir. Onların öz etiraflarına görə, bu, xarici kiberməkan şəbəkələrinin yaratdığı psixi konstruksiyadır. Yalnız bir neçə il çəkə biləcək daxili şəbəkələrin gücləndirilməsindən sonra idarə olunan şəkildə xarici imkanlarla rəqabət aparmaq və müvafiq siyasətlər qəbul etmək haqqında düşünmək mümkün ola bilər”, - Hüseyn Səlami sözügedən məktubda yazır.

Maraqlıdır ki, Səlaminin bu məsləhətinin dərc olunduğu gün İran prezidenti İbrahim Rəisinin verdiyi bəyanatlarla tamamilə üst-üstə düşür. Belə ki, İran hökuməti Milli Təhlükəsizlik Ali şurasının qərarına əsaslanaraq internetə çıxışı xeyli məhdudlaşdırıb, bəzi hallarda Kürdüstan və Sistan-Bəlucistan kimi bəzi vilayətlərdə isə interneti tamamilə kəsib. Digər tərəfdən, Instagram və WhatsApp kimi geniş istifadə olunan şəbəkələr də filtrdən keçirilib.

Qeyd edək ki, SEPAH-ın komandanı Hüseyn Səlami tərəfindən ötən il dekabrın 11-də İbrahim Rəisiyə göndərilən məktub, “Devirmək üçün qiyam” haker qrupunun Telegram kanalında dərc olunub.
AzVision.az



Teqlər: SEPAH   Rəisi  





Xəbər lenti