İsrail SEPAH və Hizbullahın milyonlarla dollarlıq kriptovalyutasını ələ keçirib

   İsrail SEPAH və Hizbullahın milyonlarla dollarlıq kriptovalyutasını ələ keçirib
  28 İyun 2023    Oxunub:1349
Terrroçu təşkilatlarla ən təsirli mübarizə metdolarından biri də onları məliyyə resurslarından məhrum edilməsidir. Bu baxımdan, İsrail hökumətinin apardığı siyasət ciddi uğurlar qazanmağa imkan verir.
AzVision.az İsrailin Müdafiə naziri Yoav Qallanta istinadən bildirir ki, Təl-Əviv son günlərdə “geniş və görünməmiş əməliyyatla” İranın milyonlarla dollar həcmində kriptovalyutasını ələ keçirib. Yoav Qallant həmin resursların İran tərəfindən terror məqsədləri üçün ayrıldığını bildirib.

“Bu əməliyyat, bu qruplardan İsrailin indiyədək ələ keçirdiyi ən böyük rəqəmsal valyutadır. Sözügedən kriptovalyuta resursları “xüsusi olaraq terror məqsədləri üçün ayrılıb” və “çirkli pulların yuyulması” yolu ilə bu qruplara verilməli idi. Bu kriptovalyutalar SEPAH Qüds Qüvvələri və Livan Hizbullahının valyutanı gizlətmək üçün yeni gizlətmə üsullarından istifadə edərkən aşkarlanıb. Terrorizmi maliyyələşdirmək biznesi ilə məşğul olan və ya terrorçu agentlərlə maliyyə əlaqəsi olan hər kəs bilməlidir ki, onlar da hədəfdir. İsrail onlarla terror yolunu seçmiş və ya terroru əmr edən şəxslər kimi davranacaq”, - Gallant vurğulayıb.

Lakin İsrailin Müdafiə naziri bu məbləğlərin necə ələ keçirildiyini, bununla əlaqədar agentlərin müəyyən edilərək həbs olunub-olunmadığını və ələ keçirilən dəqiq məbləği açıqlamayıb.
AzVision.az





Teqlər: İsrail   İran  



Xəbər lenti