Ərdoğanla Şolts arasında telefon danışığı olub

Ərdoğanla Şolts arasında telefon danışığı olub
  28 İyun 2023    Oxunub:961
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və Almaniya kansleri Olaf Şolts arasında telefon danışığı olub.
AzVision.az "Anadolu" agentliyinə istinadən xəbər verir ki, telefon danışığı zamanı ikitərəfli münasibətlər, o cümlədən regional və qlobal məsələlər müzakirə olunub və bu sahələr üzrə əməkdaşlığın genişləndirilməsinin zəruriliyi vurğulanıb.

Rusiyada baş verən son hadisələrin müzakirə olunduğu telefon danışığı zamanı İsveçin NATO-ya üzvlüyü məsələsinə də toxunulub.

Ərdoğan bildirib ki, İsveç terrorla mübarizə istiqamətində düzgün addımlar atsa da, İsveçdə PKK/YPG tərəfdarları sərbəst şəkildə terroru dəstəkləyən nümayişlər keçirməyə, insanları qətlə yetirməyə və terror təşkilatlarına maliyyə vəsaiti ayırmağa davam edir. Bu vəziyyət Türkiyə üçün qəbuledilməzdir.


Teqlər:



Xəbər lenti