Meksikada silahlı qrup 14 polisi qaçırıb
Çiapas əyalətinin Təhlükəsizlik və Vətəndaşların Müdafiəsi Departamentindən verilən açıqlamada qaçırılan polislərin xilas edilməsi üçün federal qüvvələrlə birgə əməliyyatın başladığı açıqlanıb.
Hücum edənlər tərəfindən hadisədən sonra sosial mediada yayımlanan videoda qaçırılan polislərin sağlamlıqlarının yaxşı olduğu, Çiapasda bəzi yüksəkrütbəli polislərin mütəşəkkil cinayət təşkilatları ilə əməkdaşlıq etdikləri üçün istefaları tələb edildiyi qeyd olunub.
Ştatın Baş Prokurorluğu təqdim edilən görüntünün düzgünlüyünü müəyyən etmək üçün hələ də araşdırma aparıldığını bildirib və polisləri qaçıranlara lazımi cəzanın veriləcəyini vurğulayıb.
Teqlər:







Vaxtında, Aydın, Lazımlı!


