Ukrayna: "Qoşunlarımız cənubda 1300, şərqdə isə 1500 metr irəliləyib"

      Ukrayna:    "Qoşunlarımız cənubda 1300, şərqdə isə 1500 metr irəliləyib"
  29 İyun 2023    Oxunub:1124
Ukrayna qoşunları cənub cəbhəsində Berdyansk istiqamətində 1300 metr, şərqdə isə Baxmut istiqamətində 1500 metrə qədər irəliləyib.
AzVision.az xəbər verir ki, bu barədə Ukraynanın müdafiə nazirinin müavini Anna Malyar sosial media hesabında paylaşım edib. O qeyd edib ki, Ukrayna ordusu Melitopol, Berdyansk və Baxmut istiqamətlərində hücum əməliyyatlarını davam etdirir.

Ukrayna əsgərlərinin ölkə ərazisinin hər kvadrat metri üçün döyüşdüklərinə diqqət çəkən Malyar, "İrəliləyirlər. Eyni zamanda, düşmən Port, Avdiyivka və Marinka istiqamətində hücumlarını davam etdirir, lakin müvəffəqiyyətsizdir", deyə qeyd edib.

Ukrayna ordusunun cənub cəbhəsində Rivnopil-Volodine istiqamətində müvəffəqiyyət qazandığına diqqət çəkən Malyar qeyd edib ki, silahlı qüvvələr ələ keçirdikləri ərazilərdə möhkəmlənir.

Ukrayna ordusunun Zaporojya və Melitopol istiqamətində rusları məhv etməyə davam etdiyini iddia edən Malyar, rusların müdafiə üçün əlavə qoşunlarını geri çəkdiyini qeyd edib.

AzVision.az


Teqlər:



Xəbər lenti