Kreml Ukrayna ilə danışıqların perspektivlərini dəyərləndirib

Kreml Ukrayna ilə danışıqların perspektivlərini dəyərləndirib
  29 İyun 2023    Oxunub:1043
Ukrayna ilə bağlı danışıqlara başlamaq üçün heç bir ilkin şərt yoxdur.
AzVision.az TASS-a istinadən xəbər verir ki, bu barədə jurnalistlərə açıqlamasında Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib.

"Ukrayna böhranı kontekstində danışıqlar aspektinə gəlincə, biz bir daha təkrar edə bilərik: hazırda belə bir ehtimal üçün heç bir ilkin şərt yoxdur", - Kreml sözçüsü bildirib.

O vurğulayıb ki, Kiyev və Qərb danışıqları tamamilə istisna edir.

Bir gün əvvəl Rusiyanın xarici işlər naziri Sergey Lavrov demişdi ki, Ukrayna və Qərb ölkələri Ukrayna münaqişəsinin sülh yolu ilə həllini nə qədər gecikdirsələr, danışıqlar bir o qədər çətinləşəcək.


Teqlər:



Xəbər lenti