Berdiməhəmmədov "Togg"uu sınaqdan keçirərək, çox bəyəndiyini bildirib. Atlı qoşunların iştirakı ilə keçirilən kortejdə "Togg"da iştirak edib.
Türkmənistanın adət-ənənələrinə görə, yerli geyimdə olan qadınlar "Togg"ları bəd nəzərdən qorumaq üçün avtomobillərin ətrafında üzərlik yandırıb, tüstüsünü yayıblar.
Dəvə yunundan hazırlanmış “Alaca” adlı nəzərlik də "Togg"ların sükanına bərkidilib və bolluq gətirmək üçün üzərinə un səpilib.
Qeyd edək ki, ilk "Togg" avtomobili Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğana, daha sonra Azərbaycan Prezidenti İlham Əliyevə təqdim edilib.
AzVision.az







Vaxtında, Aydın, Lazımlı!


