Fəxrəddin Altun Fransada AzTV əməkdaşlarına hücumu pisləyib

 Fəxrəddin Altun Fransada AzTV əməkdaşlarına hücumu pisləyib
  29 İyun 2023    Oxunub:919
"Avropanın insan hüquq və azadlıqlarının müdafiəsi kontekstində günü-gündən geriləyən mətbuat və məlumat azadlığına edilən bu mənfur hücumu qətiyyətlə pisləyirik".
AzVision.az xəbər verir ki, bunu Türkiyə Prezidenti Administrasiyasının Kommunikasiya İdarəsinin rəhbəri Fəxrəddin Altun tviterdə yazıb.
Ətraflı

O, Fransada AZTV-nin əməkdaşlarının xidməti vəzifələrini yerinə yetirərkən hücuma məruz qaldıqlarını kədərlə öyrəndiyini bildirib:

"Biz gözləyirik ki, Fransa rəsmiləri və hüquq-mühafizə orqanları hücumun səbəbkarlarını dərhal müəyyənləşdirib məsuliyyətə cəlb edəcək. Mən də hörmətli qardaşım Hikmət Hacıyevə telefonla zəng vurub dedim ki, Türkiyə olaraq bu mənfur hücuma işıq salmaq üçün bütün imkanlarımızdan istifadə edəcəyik. Hücum nəticəsində yaralanan azərbaycanlı jurnalist qardaşlarımıza tezliklə şəfa diləyir, bütün qardaş Azərbaycan xalqına onların adından ən xoş arzularımı çatdırıram”.

AzVision.az


Teqlər:





Xəbər lenti