Tehran İsveç hökumətini məsuliyyətli olmağa çağırıb

Tehran İsveç hökumətini məsuliyyətli olmağa çağırıb
  30 İyun 2023    Oxunub:1533
Son günlər İsveçin paytaxtı Stokholmdakı məscidin qarşısında Qurani-Kərimin yandırılması İslam dünyasında böyük etirazlarla qarşılanıb. Bununla bağlı İsveçin Tehrandakı səfirliyinin müvəqqəti işlər vəkili İranın Xarici İşlər nazirliyinə çağırılıb.
AzVision.az xəbər verir ki, İran Xarici İşlər nazirliyində İsveçin Tehrandakı səfirliyinin müvəqqəti işlər vəkilinə bu hərəkəti “İslamın möhtərəm müqəddəsliklərinə təhqir” olduğu bildirilib. İran Xarici İşlər nazirliyinin Qərbi Avropa məsələləri üzrə baş direktoru tərəfindən İsveç diplomatına Tehranın mövqeyini əks etdirən məktub təqim olunub.

“Müsəlmanlar həcc mərasimlərini yerinə yetirib, dini və islami ayinləri həyata keçirdiyi bir vaxtda onların müqəddəsliklərini təhqir etmək yalnız söz azadlığı prinsipindən sui-istifadə yolu ilə nifrət yaymaq və zorakılığa can atmaqdır. İran İslam dünyasına uyğun olaraq dünya müsəlmanlarının müqəddəs kitabına qarşı heç bir hücuma və bu cür tədbirlərə icazə verilməsinə dözmür. Buna görə də İsveç hökumətinin müsəlmanların mənəvi və dini dəyərlərinin təhqir olunmasının qarşısının alınmasında ən bariz vəzifəsini məsuliyyətli, təsirli və çəkindirici şəkildə yerinə yetirməsi gözlənilir”, - məktubda vurğulanır.

İsveç səfirliyinin müvəqqəti işlər vəkili öz növbəsində İsveç hökumətinin islamafobiyanın istənilən formasına qarşı olduğunu və vəziyyəti ən qısa zamanda Stokholma çatdıracağını söyləyib.

İranın Xarici İşlər naziri Hüseyn Əmir Abdullahiyan insidentə öz şəxsi Twitter hesabında da münasibət bildirib.

- İsveç dini müqəddəs şeyləri və Qurani-Kərimi hər hansı əsaslandırma ilə təhqir etməyə icazə verməməlidir. Bu davranışları demokratiya və azadlıq adlandırmaq yalnız terrorizmi və ekstremizmə təşviq edir” , - nazir vurğulayıb.

İraq və Səudiyyə Ərəbistanı da daxil olmaqla bir çox digər müsəlman ölkələri də cümə axşamı İsveçdə Quranın yandırılmasını pisləyib və bu cür hərəkətlərin “dünyadakı müsəlmanların hisslərini alovlandıracağı” barədə xəbərdarlıq ediblər.



Teqlər: İran   İsveç  





Xəbər lenti