210 müəllim iş yerini dəyişmək istəyir

210 müəllim iş yerini dəyişmək istəyir
  02 İyun 2014    Oxunub:841
Təhsil Nazirliyi müəllimlərin yerdəyişməsi ilə bağlı elektron ərizələrin qəbuluna başlayıb.
AzVision.az xəbər verir ki, bu barədə nazirliyin İnsan resursları şöbəsinin müdir müavini İlham Nağıyev bildirib.

Onun sözlərinə görə, 210 nəfər yerdəyişmə ilə bağlı müraciət edib.

İ.Nağıyev bildirib ki, əgər bir yer üzrə bir neçə müəllim müraciət edərsə həmin müəllimlər arasında müsahibə keçiriləcək.

Qeyd edək ki, ümumi təhsil müəssisələri və peşə liseylərində hazırda işləyən müəllimlərin bir rayondan (şəhərdən) başqa rayona (şəhərə) yerdəyişməsi iyun ayı ərzində aparılacaq. Elektron ərizələrin qəbulu iyunun 1-dən 10-dək aparılacaq.

Qeyd edək ki, bu gün Təhsil Nazirlində mətbuat konfransı keçirilib.

Tədbirdə QHT və KİV ilə iş sektorunun müdiri Cəsarət Valehov, İnsan resursları şöbəsinin müdir müavini İlham Nağıyev, Təhsilin keyfiyyətinin qiymətləndirilməsi sektorunun müdiri Emin Əmrullayev iştirak edib.

Mətbuat konfransında ümumi təhsil müəssisələrinin idarə edilməsinin səmərəliliyini və nəticə yönümlülüyünü artırmaq məqsədilə ilə Bakı şəhərində fəaliyyət göstərən ümumi təhsil məktəblərinin direktorları üçün təlimlərdən söz açılıb.

“Təlimlərdə iştirak üçün 800 müraciət daxil edilib. Birinci mərhələdə 200 nəfərin ərizəsi qəbul edilib, 172-i nəfər imtahanda iştirak edib, 53 təlimdə iştirak edib”.

Sektor müdiri bildirib ki, təlimlərdə təhsil hüququ, kurikuliumla bağlı məlumatlar verilib: “52 nəfər yekun qiymətləndirmədə iştirak edib, uğurlu nəticə göstərənlər sertifikatla təmin edilib. Bundan sonra rəhbər vəzifələrdə çalışmaq üçün bu imtahanda uğurla iştirak edən şəxslərə imkan veriləcək. İmtahan nəticələri bu həftə sonunda elan ediləcək. Təlim zamanı nümayiş etdirdikləri nizam-intizamı məsələləri nəzərə alıncaq”.

Sevinc İltifatqızı


Teqlər:  





Xəbər lenti